Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.
Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək. (Report)