Əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı olimpiya çempionu Vito Dellakvila ilə qarşılaşıb.
Maqomedov hər iki hissədə rəqibindən üstün olub - 9:4, 11:1.
Onun finaldakı rəqibi Cənubi Koreya taekvondoçusu Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.
Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. (Report)