08.09.2024, 07:25
AZ EN
31.05.2024, 11:38 258

UEFA reytinqi: “Qarabağ” ölkəsinə ən çox əmsal qazandıran klubların siyahısında ilk “onluğ”a düşüb

XƏBƏRLƏR
  • Ötən mövsüm UEFA reytinqində öz ölkələrinə ən çox əmsal qazandıran klublar bəlli olub.

İlk “onluq”da Azərbaycan təmsilçisi “Qarabağ” da var.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəni dayandıran Ağdam klubunun Avropa Liqasındakı uğurlu çıxışı Azərbaycana 4.750 əmsal qazandırıb. Ölkə çempionu bu göstərici ilə İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə 6-7-ci yerləri bölüşdürür.

50 komandanın yer aldığı siyahıda “köhlən atlar” yalnız Çexiyanın “Viktoriya” (5.625), Belçikanın "Brügge" (5.100), Türkiyənin “Fənərbağça” (5.000), Yunanıstanın "Olimpiakos"(4.900) və Danimarkanın "Kopenhagen" (4.875) klublarından geri qalıb.

Qeyd edək ki, ötən mövsüm “Qarabağ” Avropa Liqasında 1/8 final mərhələsinə kimi irəliləyərək Azərbaycan futbolunda tarixi uğura imza atıb. Komanda bu raundda Almaniyanın "Bayer" komandasına iki görüşün nəticəsinə əsasən məğlub olaraq avrokuboklarla vidalaşıb. (AZƏRTAC)

Oxşar xəbərlər