09.06.2025, 07:37
AZ EN
24.04.2024, 21:51 316

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

XƏBƏRLƏR
  • Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

Yarımfinalın cavab matçında "Qarabağ" "Neftçi"ni sınağa çəkib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1. "Köhlən atlar"da qolları 16, 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub.

64-cü dəqiqədə Reziuan Mirzov "ağ-qaralar"ın təsəlli qoluna imza atıb.

İlk matçda rəqibini 4 cavabsız qolla üstələyən "Qarabağ" finala vəsiqə qazanıb.

Ölkə çempionu iyunun 2-də həlledici görüşdə "Zirə" ilə üz-üzə gələcək. (Report)

Oxşar xəbərlər