06.07.2024, 15:28
AZ EN
22.12.2023, 15:23 251

Qurban Qurbanov Xankəndidə yubiley qələbəsini qazanıb

XƏBƏRLƏR
  • “Qarabağ” Azərbaycan Kubokunda Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qələbəsini qazanıb.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, bu, 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb.

Ağdam klubu 1/8 finalın ev matçında MOİK-ə qalib gəlib – 1:0. Xankəndidə keçirilən görüş mütəxəssis üçün yubileylə əlamətdar olub.

Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/09 mövsümündə qazanıb. Ağdamlılar 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Oxşar xəbərlər