19.10.2024, 21:25
AZ EN
06.07.2023, 16:15 166

“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində yeddi pillə irəliləyib

XƏBƏRLƏR
  • Avropanın top futbol klublarının yeni reytinq cədvəli açıqlanıb.

Siyahıda 415 klub yer alıb.

Reytinq cədvəlində Azərbaycanın 4 klubu qərarlaşıb.

Yalnız “Qarabağ” “Top-100”də yer alıb. Azərbaycan çempionu 192 xalla qitənin 74-cü pillədədir. Baş məşqçi Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə yeddi pillə irəliləyiblər.

Hesabında 37 xal olan “Neftçi” 10 pillə geriləyib. Bakı təmsilçisi 228-cidir.

Avrokuboklarda debüt edəcək “Sabah” 20 xalla 255-ci sırada qərarlaşıb. “Qəbələ” 5 xalla 357-cidir. Azərbaycan kubokunun qalibi 6 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya 2147 xala malik “Real” başçılıq edir. (AZƏRTAC)

Oxşar xəbərlər