25.04.2024, 15:13
AZ EN
31.05.2023, 16:40 244

“Əziz Şuşa” velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə növbəti iclası olub

XƏBƏRLƏR
  • İyunun 7-dən 11-dək təşkil ediləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə növbəti iclası keçirilib.

Mayın 31-də Azərbaycan Velosiped Federasiyasında (AVF) baş tutan iclasda qurumun prezidenti, "Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin sədri Mədət Quliyev, federasiyanın vitse-prezidenti Robert Eyyubov, baş katib Elnarə Musayeva, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, həmçinin Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər.

Tədbirdə "Əziz Şuşa” beynəlxalq velosiped yarışının təşkilati işləri müzakirə edilib. Toplantı iştirakçıları görülən işlər haqqında geniş məlumatlar veriblər.

Mədət Quliyev aparılan hazırlıq işlərinin qənaətbəxş olduğunu bildirərək, təşkilati məsələlər haqqında müvafiq tapşırıq və tövsiyələr verib. O, "Əziz Şuşa” beynəlxalq velosiped yarışının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı, 5 mərhələli veloturda dünyanın 16 ölkəsindən 18 komandanın heyətində 100-dən çox idmançı mübarizə aparacaq. (AZƏRTAC)

Oxşar xəbərlər