08.06.2025, 19:52
AZ EN
20.04.2023, 19:05 312

Azərbaycan çempionunun baş məşqçisi: "Doqquz aydır bunun üçün çalışırıq"

XƏBƏRLƏR
  • "Çempion olmaq xoş hissdir, doqquz aydır bunun üçün çalışırıq".

Bunu açıqlamasında "Murov" komandasının baş məşqçisi Fərid Cəlalov voleybol üzrə Azərbaycan Yüksək Liqasında "Xarı bülbül"ə 3:0 hesabı ilə qalib gəldikləri final oyunundan sonra deyib.

Mütəxəssis bildirib ki, bu mövsüm avrokuboklarda mübarizəni erkən dayandırsalar da, ölkə çempionatında qarşıya qoyulan hədəfə çatıblar: "Bütün komandaya təşəkkür edirəm. Voleybolçular mübariz oyun göstərdilər".

O, yeni mövsümdə avrokuboklardakı məqsədlərini də açıqlayıb: "Uğurlu çıxışımız yığacağımız komandadan asılıdır. Gördüyünüz kimi, hazırda mübariz kollektivimiz var. Bütün oyunçuları ayrılıqda yüksək qiymətləndirirəm. Lakin bu mövsüm gücümüz cəmi 2 mərhələ keçməyə çatdı. Niderlandın "Orion" klubu ilə hər iki matçda yaxşı oynasaq da, qalib gələ bilmədik. Heyətimizə bir neçə hazırlıqlı voleybolçu əlavə edə bilsək, yarımfinaladək irəliləmək olar".("Report")

Oxşar xəbərlər