08.09.2025, 17:36
AZ EN
08.09.2025, 13:17 206

Ötən həftə 1304,6 ha ərazi minalardan təmizlənib, 726 PHS zərərsizləşdirilib

XƏBƏRLƏR
  • Azad olunan ərazilərdə sentyabrın 1-dən 7-nə qədər 33 tank əleyhinə mina, 165 piyada əleyhinə mina, 726 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd edilib.

Bildirilib ki, 1304,6 hektar ərazi minalardan təmizlənib.

Qeyd edilib ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib. (Trend)

Oxşar xəbərlər