05.02.2025, 19:04
AZ EN
05.02.2025, 16:43 169

MN: Ağdərədə silah-sursat aşkar edilib

XƏBƏRLƏR
  • Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman vaxtilə orada olan Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.

Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Oxşar xəbərlər