30.04.2025, 15:30
AZ EN
21.01.2025, 14:15 254

Azad edilmiş ərazilərdə daha 189 mina, 192 PHS aşkarlanıb

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (13.01.2025 - 19.01.2025) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 89 piyada əleyhinə mina, 100 tank əleyhinə mina, 192 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 601,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.  

GÜNEL

Oxşar xəbərlər