21.11.2024, 18:39
AZ EN
07.10.2024, 09:43 240

Müdafiə nazirinin müavini: Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində mülki şəxslər həlak olub

XƏBƏRLƏR
  • Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində mülki şəxslər həlak olub.

Bunu müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov oktyabrın 7-də Bakıda keçirilən "Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar”da (SWIRMO) deyib.

Onun sözlərinə görə, Ermənistan 30 il ərzində davamlı olaraq müharibə cinayətləri törədib: "Mülki əhali, infrastruktur, bağçalar, məktəblər hərbi məqsədlər üçün atəşə tutulub. Ermənistan 30 il ərzində itkin düşən dörd min azərbaycanlı haqqında məlumat vermir".

A.Qurbanov bildirib ki, bölgədə Ermənistan tərəfindən basdırılan minalar təhdiddir: "2020-ci il 10 noyabr üçtərəfli birgə bəyanatından sonra 379 mina qurbanı olub. Eyni zamanda azad olunmuş ərazilərdə 156 mindən çox partlamamış hərbi sursat aşkar olunub. Ermənistan tərəfindən təqdim olunan mina xəritələri isə qeyri-dəqiqdir". (Report)

Oxşar xəbərlər