Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyətinin Lüksemburqa rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti NATO-nun Dəstək və Təchizat Agentliyinin Əməliyyatlara Dəstək bölməsinin direktoru Orxan Muratlı və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə Azərbaycanın üzləşdiyi mina problemi, NATO-nun dəstəyi, yeni texnologiyaların tətbiqi və qabaqcıl təcrübələr, habelə humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlığa dair qarşılıqlı fikir mübadiləsi aparılıb. (Report)