22.11.2024, 12:39
AZ EN
18.10.2022, 14:08 546

Xudafərin körpüsü belə azad olub

XƏBƏRLƏR

Vətən müharibəsi qəhrəmanı Dövlət Sərhəd Xidmətinin polkovniki Babək Ələkbərov Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı icra edilən əməliyyat barədə danışarkən bildirib ki, bu istiqamətdə əməliyyat planı ondan ibarət idi ki, Xudafərin körpüsünün azad olunması üçün arxadakı Dəli dağ silsiləsinin götürülməsi və qruplarımızın orada yerləşdirilməsi idi. Mənim tabeliyimdə olan 14 prupu gecəylə bir neçə saart ərzində düşmənə müqavimət göstərmədən körpünün arxadan tərəfindən həmin silsiləni götürdük, çox uğurlu bir əməliyyat keçirdik və əməliyyatın nəticəsi isə ermənilərin qarşı tərəfdən Arazboyu istiqamətində geri çıkilən zaman düşmənin orda pusquya salınması oldu.
Xudafərin körpüsü aşağıda yerləşir, mən xəritədə onu müşaiyət edirdim.  30 il idi ki, biz onu görmürdük, ancaq tarixi abidə kimi yadımda qalmışdı, onun həsrətilə yaşayırdıq. Körpü istiqamətinə yaxınlaşıb bayrağımızı sancanda  Cənab Ali Baş Komandana məruzə etdirmək şərəfi mənə qismət oldu. 
Möhtərəm cənab Prezident!
Cənab Ali Baş Komandan! 
Əmrinizə uyğun olaraq  məruzə edirəm ki,  Xudafərin körpüsü və ərazisi işğaldan azad edilmişdir. Hal-hazırda  Azərbaycan bayrağı burada dalğalanmaqdadır. Yaşasın Azərbaycan!  Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər