08.09.2024, 08:59
AZ EN
20.07.2024, 20:58 225

”Birləşdik - 2024” təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

XƏBƏRLƏR
  • Azərbaycan Ordusunun Qazaxıstan Respublikasında keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində iştirak edən şəxsi heyəti, hərbi gəmiləri və aviasiya vasitələri Bakıya qayıdıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin 3 gözətçi və 2 desant gəmisi yüksək səviyyədə təmsil edib. (Report)

Oxşar xəbərlər