30.04.2025, 08:53
AZ EN
19.04.2024, 09:25 369

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

XƏBƏRLƏR
  • Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Keçirilən tədbirlərlə aprelin 18-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbaraatan, 7 qumbara, 6 alışdırıcı, 26 patron darağı, 8 mərmi, 740 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. (Report)

Oxşar xəbərlər