18.06.2025, 06:24
AZ EN
09.02.2024, 16:10 274

Cəbrayılda silah-sursat aşkar edilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Nüzgar kəndi ərazisində 5 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, patronlar və digər sursatlar aşkar edərək götürüblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir. (APA)

Oxşar xəbərlər