19.06.2025, 06:51
AZ EN
05.02.2024, 10:09 339

Xankəndidə silah-sursat tapılıb

XƏBƏRLƏR
  • Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

Bu barədə DİN məlumat yayıb. Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də və 4-də Xankəndi şəhəri ərazisində 2 ədəd avtomat silahı, 24 ədəd müxtəlif markalı tapança, 1 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 54 ədəd patron darağı, 1609 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. (APA)

Oxşar xəbərlər