bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
“Bilirsiniz ki, artıq bir qrup xanım minatəmizləmə fəaliyyəti aparır. Onlar Ağdamın Qərvənd kəndində minatəmizləmə fəaliyyətinə cəlb ediliblər. Başqa istəyənlər də var. Müraciət edənlərin sayı az deyil”, - Vüqar Süleymanov deyib.
Sədr qeyd edib ki, ANAMA hökumətin təyin etdiyi prioritetlərə uyğun olaraq minatəmizləmə fəaliyyəti aparır: “Özünüz bilirsiniz ki, 2020-ci ildən bu yana işğal olunmuş ərazilərdə nə qədər işlər görülüb, infrastruktur layihələr həyata keçirilib. Dəmir yolları, avtomobil yolları, aeroportlar tikilib. Biz də çalışırıq ki, minatəmizləmə fəaliyyətini sözsüz ki, təhlükəsizliyə riayət edərək və qaydaları pozmadan sürətlə aparaq”. (APA)