Müdafiə Nazirliyindən verilən xəbərə görə, çətin relyefli, dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili, eləcə də avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilən mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.