18.06.2025, 22:49
AZ EN
06.12.2023, 12:11 344

Xankəndi və Xocalıda minatəmizləmə işləri aparılır

XƏBƏRLƏR
  • "Antiterror əməliyyatlarının aparıldığı ərazilərdə 6 yaşayış məntəqəsinin minalardan təmizlənməsinə başlanılıb".

Bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, bundan əlavə, orada fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri müxtəlif yerlərə gedirlər və ANAMA da onları müşayiət edərək dəstək verir:

"Hazırda Şuşanın kəndləri, Xankəndi, Kərkicahan, Malıbəyli, Xocalıda minatəmizləmə işləri aparılır. Mərhələli şəkildə digər ərazilərdə də işlərə başlanılacaq". (APA)

Oxşar xəbərlər