18.10.2024, 09:18
AZ EN
06.10.2023, 18:15 245

Tərtər sakini minaya düşərək həlak olub, araşdırma aparılır -

XƏBƏRLƏR
  • Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Yaquar Hadıyev daha öncə də minaya düşüb. Belə ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib. (Report)

Oxşar xəbərlər