07.08.2025, 05:05
AZ EN
27.09.2023, 19:25 328

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir

XƏBƏRLƏR
  • Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bundan başqa, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.

Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir. (Report)

Oxşar xəbərlər