18.06.2025, 03:28
AZ EN
22.08.2023, 22:15 329

Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdlərinin qarşısı alınıb

XƏBƏRLƏR
  • Avqustun 22-si saat 19:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.(Report)

Oxşar xəbərlər