19.04.2024, 04:24
AZ EN
28.04.2022, 09:35 640

Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək

XƏBƏRLƏR
  • Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, mayın 19-u saat 10:00-da Mingəçevirdə, Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Mingəçevir və Yevlax şəhər sakinlərinin, xüsusi ilə orada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar Dövlət Komitəsinin “Qaynar xətt” nömrəsi -1657 055 900 12 40 mobil nömrəsi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Xatırladaq ki, qəbul pandemiya tələblərinə uyğun olaraq keçiriləcək. Qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR