Qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib. Qonağa işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurun ən abad guşələrdən birinə çevrilməsi, məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Görüşdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və onun tədbirlər planına uyğun olaraq Dövlət Komitəsinin qarşısında duran vəzifələrin icrası məsələləri haqqında ətraflı söhbət aparılıb. Komitənin doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər gördüyü, əhali arasında məlumatlandırma, təbliğat işləri apardığı, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olduğu diqqətə çatdırılıb. Həmçinin, BMqT-nin ilə qaçqın və məcburi köçkünlərə dəstək tədbirlərində iştirakı, bu sahədə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub.
Vladimir Giorqiyev səmimi görüşə görə təşəkkür edib və məcburi köçkünlərə dəstək layihələrinin icra edilməsinin mənəvi borc məsələsi olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.