22.11.2024, 01:48
AZ EN
22.01.2023, 08:40 231

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının ilk iclası keçirilib

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan icmasının Qadınlar Şurasının ilk iclası keçirilib. İcmanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda Qadınlar Şurasının gələcək fəaliyyətinin əsas istiqamətləri müzakirə edilib, “Qayıdış Konsepsiyası” layihəsinin müvafiq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

İclası giriş sözü ilə açan Qadınlar Şurasının rəhbəri, deputat Məlahət İbrahimqızı şuranın qarşısında dayanan işlərdən bəhs edib.

M.İbrahimqızı “Qayıdış Konsepsiyası” layihəsi ilə bağlı təkliflərin səsləndirilməsi və müzakirə edilməsi baxımından iclasın xüsusi önəm daşıdığını vurğulayıb.

Daha sonra tarix elmləri doktoru Dilarə Seyidzadə, professor Almaz Bünyadzadə, deputat Səbinə Xasayeva və şuranın digər üzvləri çıxış edərək Konsepsiya layihəsi barədə təkliflərini səsləndirib, Şuranın işi ilə bağlı fəaliyyət istiqamətlərini müzakirə ediblər.

Çıxışlar zamanı ötən əsrdə həyata keçirilən deportasiyaların ağır humanitar nəticələri müzakirə edilib və BMT Təhlükəsizlik Şurasının “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda qətnamələri ilə irəli sürülən yanaşma və çərçivələrə uyğun olaraq, geriyə qayıtma, reinteqrasiya və reabilitasiya proseslərində qadınların fəal rol oynamasının, bu mövzuda müvafiq beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq yaradılmasının vacibliyi vurğulanıb.

İclasda iştirak edən İcmanın İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli geriyə qayıtma prosesi müstəvisində qadın hüquqları məsələsinin əhəmiyyətini vurğulayıb və Qadınlar Şurasının işinə uğurlar arzulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR