Dövlət Komitəsinin hazırladığı videoçarxlarda rayon sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.
İbtidai sinif müəllimi Lamiyə Əli qızı Şıxəliyeva doğma Zəngilan şəhərində məktəb binasının təməlinin qoyulması mərasimini böyük sevinc və qürur hissi ilə izlədiyini vurğulayaraq deyib: “Zəngilanda bərpa-quruculuq işləri aparılır, ora tezliklə abadlaşacaq, biz də şagirdlərimizlə birlikdə təhsilimizi orada davam etdirəcəyik”. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.