13.11.2025, 22:58
AZ EN
13.11.2025, 15:47 218

Dövlət Komitəsində xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası ilə bağlı təlim təşkil edilib

XƏBƏRLƏR
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri və müavinləri üçün dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası və prosedurları ilə bağlı təlim təşkil edilib.

Tədbir zamanı qiymətləndirmə prosesində tətbiq olunan əsas prinsiplər, meyarlar və düsturlar haqqında məlumat verilib.

Tədbiri Dövlət İmtahan Mərkəzinin əməkdaşı Miranə Rüstəmli aparıb. O, iştirakçılara dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi anlayışı, bu prosesin həyata keçirildiyi dövrlər, meyarlar və əmək intizamı ilə bağlı ətraflı məlumat təqdim edib. Həmçinin qiymətləndirmə zamanı tez-tez rast gəlinən səhvlər və qarşıya çıxan problemlər haqqında qarşılıqlı müzakirələr təşkil olunub.

Tədbir, iştirakçıların peşəkar biliklərini artırmaq və xidməti fəaliyyətin səmərəli idarə olunmasını təmin etmək məqsədini daşıyıb.

Təlimin sonunda “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 3696 saylı 30.12.2022-ci il tarixli Sərəncamın 2.3-cü bəndinə əsasən dövlət qulluqçularının xidməti xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələri keçirilib.

Oxşar xəbərlər