Dövlət Komitəsindən bildirilib ki, xidmətin iki əsas istiqaməti - işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı 2975, Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı isə 2867 məlumat və müraciət daxil olub.
Birinci istiqamət üzrə daxil olan müraciətlərdən 13-ü işğaldan azad olunmuş ərazilərə qayıtmış şəxslər tərəfindən edilib. Həmin müraciətlər araşdırılaraq problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb.
Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt xidməti yaradılıb.
Qeyd edək ki, vətəndaşların “1657” nömrəsinə edilən zənglərinə avtomatlaşdırılmış qaydada cavab verilir.