Fotomüsabiqənin keçirilməsində məqsəd Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyası 2023-cü ildə uğurla həyata keçirilən 1 günlük lokal antiterror əməliyyatı ilə əlaqədar olaraq daha da genişlənmişdir. Fotomüsabiqəsinin əsas məqsədi həmin ərazilərdə görülən işləri, sosial-iqtisadi inkişafı, Böyük Qayıdışın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəldilməsini aşağıdakı istiqamətlərdə vizual formada nümayiş etdirməkdir:
Müsabiqəyə təqdim olunan fotolar həm tarixi yaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayacaq. Bu təşəbbüs, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələri haqqında pozitiv mesajların yayılmasına və onun parlaq gələcəyinin nümayiş olunmasına xidmət edəcək.
Müsabiqənin şərtləri
Müsabiqədə iştirak etmək istəyən şəxslər yuxarıda qeyd olunan tələblərə uyğun olaraq müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə “BÖYÜK QAYIDIŞIN ADDIMLARI” başlığı ilə musabiqe@idp.gov.az elektron ünvanına göndərməlidirlər.
Müsabiqəyə göndərilən nümunələr təşkilatçıların nümayəndələri və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Müsabiqənin nəticələri Dövlət Komitəsi və Azərbaycan Fotoqrafları Birliyinin rəsmi saytlarında dərc olunacaq.
Müsabiqə iştirakçıları aşağıdakı mövzular üzrə şəkillər təqdim edə bilərlər:
Müsabiqənin iştirakçıları:
Müsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəs iştirak edə bilər (münsiflər heyətinin üzvləri istisnadır).
Mükafatlandırma:
Müsabiqədə I, II, III yerlərə layiq görülmüş fotoşəkil müəlliflərinə aşağıda göstərilən pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunacaq:
I yer - 1000 AZN
II yer - 500 AZN
III yer - 300 AZN
Sərgidə nümayiş olunacaq 20 ən yaxşı foto müəllifi 100 AZN məbləğində mükafata layiq görüləcək. İştirakçıların hər birinə “İştirakçı sertifikatı” təqdim olunacaq. Müsabiqədə mükafata layiq görülmüş işlər təşkilatçının mülkiyyətinə çevrilir və kommersiya məqsədilə istifadə edilməyəcək.
Qeyd: Münsiflər heyəti tərəfindən seçilən 44 fotodan ibarət fotosərgi təşkil olunacaq.
(Əlaqələndirici şəxs: Famil Həzili (+994 55 900 12 99)
İsa İsmayılov (+994 55 900 12 98)