Hər il olduğu kimi, yeni dərs ili ərəfəsində də aztəminatlı məcburi köçkün ailələrdə ibtidai sinif şagirdlərinin məktəbli forması ilə təchiz olunması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılıb. Belə ki, Komitənin Təchizat və İstehsalat İdarəsi tərəfindən bu tədris ilində də respublikamızın müxtəlif regionlarında, rayon mərkəzlərindən kənarda yerləşən kəndlərdə yaşayan məcburi köçkün məktəbliləri üçün müəyyən yaş qrupları üzrə məktəbli formaları göndərilib, eləcə də komitəyə fərdi qaydada ərizə ilə müraciət edən məcburi köçkün övladlarına məktəbli geyim formalarının verilməsi təmin edilib.
Məktəbli geyim formaları komitənin tabeliyindəki Təchizat və İstehsalat İdarəsinin Bakı şəhərində və respublikamızın müxtəlif regionlarında yerləşən, məcburi köçkünlərdən ibarət tikiş-toxuculuq sexlərində istehsal olunub.
Komitə sədrinin müvafiq əmri əsasında, 2022-2023-cü tədris ili ilə əlaqədar olaraq Ağdam rayonuna 800 məktəbli dəsti (400 oğlan, 400 qız), Xocavənd rayonuna 400 məktəbli dəsti (200 oğlan, 200 qız), Şuşa rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Kəlbəcər rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Füzuli rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Cəbrayıl rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Qubadlı rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Zəngilan rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Xocalı rayonuna 400 məktəbli dəsti (200 oğlan, 200 qız), Laçın rayonuna 500 məktəbli dəsti (250 oğlan, 250 qız), Bərdə rayonuna 400 məktəbli dəsti (250 oğlan, 250 qız), 100 gödəkçə olmaqla ümumilikdə 500 dəst, Gəncə, Samux, Göygöl, Daşkəsən rayonları üzrə 400 məktəbli dəsti (200 oğlan, 200 qız), «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyinə 100 məktəbli dəsti (50 oğlan, 50 qız), «Erməni təcavüzünün tanıdılması» İctimai Birliyinə 40 məktəbli dəsti (20 oğlan, 20 qız), 20 gödəkçə olmaqla ümumilikdə 60 dəst təqdim edilib. Məktəbli geyim formaları aztəminatlı məcburi köçkün ailələrin övladlarına humanitar yardım olaraq pulsuz verilir.
Sevda SÜLEYMANOVA