Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova Böyük Qayıdış prosesi ilə bağlı fikrini belə ifadə edib. O, “məcburi köçkün” sözünün “keçmiş məcburi köçkün” sözü ilə əvəz edilməsinin sevinc hissi doğurduğunu bildirib...
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində ctimai fəalların, sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.
Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Şərqiyyə Dadaşovanın iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.