Bu fikirlər avqustun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsində iki əməkdaşa “Dövlət qulluğunda fərqlənməyə görə” medalının və müvafiq vəsiqənin təqdim olunması zamanı səsləndirilib.
Prezident İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə həmin medalla təltif edilən şəxslər arasında Dövlət Komitəsinin iki əməkdaşı da vardır. Bunlar Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov və həmin şöbənin Status sektorunun baş məsləhətçisi Sevda Cavadovadır.
Dövlət Komitəsinin sədri “Dövlət qulluğunda fərqlənməyə görə” medalını və onun vəsiqəsini təltif olunan əməkdaşlara təqdim edib, hər birinə xidməti fəaliyyətdə və şəxsi həyatda uğurlar arzulayıb.
Dövlət qulluğunda fərqlənən əməkdaşlar onların fəaliyyətini qiymətləndirdiyinə görə ölkə rəhbərinə minnətdarlıq bildirib, göstərilən etimadı daim doğruldacaqlarını bildiriblər.