22.11.2024, 01:44
AZ EN
14.08.2024, 12:23 339

Məcburi köçkünlər mina təhlükəsi barədə məlumatlandırılırlar

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) məcburi köçkünlər üçün "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə təlimlər keçirir.

Təlimlərin təşkilində əsas məqsəd işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, mərhələli şəkildə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığın artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir. 

Təlimlərin "Qapı-qapı" formatında keçirilən sessiyaları AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət tərəfindən davam etdirilməkdədir. Belə ki, təlimçilər məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərinə gedərək hər bir ailəyə zəruri məlumatlar verib, onların suallarını cavablandırırlar. Ümumilikdə, təlimlərə indiyədək 20 minə yaxın məcburi köçkün cəlb olunub.

Təlimlər bu ilin sonuna qədər davam edəcək.

Ətraflı linkdə: https://www.youtube.com/watch?v=Rpz--1xGbWo

Oxşar xəbərlər

SON XƏBƏRLƏR