22.11.2024, 04:27
AZ EN
27.07.2022, 17:25 469

Fuad Hüseynov: “Ağalıya qayıdan sakinlər sosial müdafiə tədbirlərindən yararlana biləcəklər”

XƏBƏRLƏR
  • Alternativ enerji mənbələrindən istifadə edilməklə ən müasir innovativ texnologiyalar tədbiq edilib. Ağalı kəndi postsovet məkanda  yeni texnologiyalar  inşa edilən ilk yaşayış evləridir.

Bunu ”Xəzər” xəbərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra da sosial müdafiə tədbirlərində yararlana biləcəklər.

“Bu gün mövcud olan qanunvericiliyə uyğun olaraq məcburi köçkünlər öz doğma torpaqlarına qayıtma hüququ əldə etdikdən sonra 3 il müddətində dövlət tərəfindən sosial müdafiə tədbirləri ilə əhatə oluna bilərlər.  Sosial müdafiə tədbirləri deyiləndə, bu, təkcə vahid aylıq müavinət deyil, digər tərəfdən mənzillərlə təmin olunmaq,  məşğulluğun təmin olunması, sosial təminat, təhsil hüququnun təmin edilməsi, nəqliyyat, logistika məsələləri və müxtəlif  vergi güzəştlərindən bəhrələnməsidir”- deyə, Fuad Hüseynov vurğulayıb.

Fuad Hüseynovun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə yaşayanlarla bağlı yeni qanun layihəsi hazırlanır: “Məcburi köçkünlərin qayıdışıyla bağlı onların işğaldan azad olunmuş ərazilərdə insan hüquqlarının, sosial problemlərinin həlli ilə bağlı yeni qanunlar, yeni hüquqi normativ aktlar qəbul olunsun,  əlbəttə ki, bu günün reallıqlarına uyğun olaraq təmin olunacaq”.

İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış mərhələli şəkildə davam etdirilir. Yaxın gələcəkdə növbəti köçün Füzuli rayonunun Dövlətyarlı kəndində həyata keçirilməsi gözlənilir.

F.Hüseynov qeyd edib ki, bu işlər çox intensiv, çox sürətlə davam etdirilir. İlkin mərhələdə 400 evin, ondan sonra 350 evin tikilməsi nəzərdə tutulur və ümidvarıq ki, yaxın gələcəkdə Ağalı kəndində olduğu kimi, artıq Dövlətyarlı kəndinin də sakinlərini öz doğma torpaqlarında salamlayacağıq”.

Dövlət Komitəsinin sədr müavini onu da bildirib ki, Ağalıda məskunlaşan şəxslərin doğmaları portaldan qeydiyyatdan keçdikdən sonra öz doğmalarını görməyə gedə bilərlər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR