Görüşdə icma əsaslı qayıdışın təşkili, məcburi köçkün icmalarının məlumatlılığının artırılması, ehtiyac və gözləntilərinin dəqiqləşdirilməsi, ümumən, qayıdış prosesinə hazırlığın müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılıb. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması, məcburi köçkün icmalarına müxtəlif xidmətlərin göstərilməsi ilə bağlı birgə fəaliyyətin əlaqələləndirilməsinin vacibliyi qeyd olunub.
İcma əsaslı qayıdışa hazırlıq məqsədilə Dövlət Komitəsi ilə BMT QAK arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi, digər dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə müzakirələrin davam etdirilməsi zərurəti vurğulanıb.