21.11.2024, 16:22
AZ EN
31.01.2024, 15:11 350

Dövlət Komitəsində kollegiya iclası keçirilib

XƏBƏRLƏR
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildə ölkəmizin hərtərəfli inkişaf etdiyi, sosial-iqtisadi tərəqqinin dinamik xarakter daşıdığı, xüsusən, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, həmçinin məcburi köçkünlərin doğma yurda qayıdışının  uğurla davam etdirilməsi üçün genişmiqyaslı quruculuq işlərinin aparıldığı, təhlükəsizlik tədbirlərinin görüldüyü vurğulanıb. Qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrası vəziyyətini yerində şəxsən öyrənmələri məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.

Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, o cümlədən təbliğat-izahat, məlumatlandırma və maarifləndirmə, icma əsaslı reinteqrasiya tədbirlərinin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə köçürülmənin gedişi, regional idarəetmə və məcburi köçkünlərin status sənədləri, mövcud mənzil fondunun istismarı və istifadəsi ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının səmərəli təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır. 

Kollegiya iclasında dövlət komitəsinin cari il üçün iş planı təsdiqlənib və müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Oxşar xəbərlər