Təlim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”sının Fəaliyyət planına uyğun olaraq keçirilib.
Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov bildirib ki, ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlar Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilərək davam etdirilib. Ölkəmizdə idarəetmə sistemi təkmilləşdirilib, yeni idarəeetmə orqanları yaradılıb.
İştirakçılara dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunun əhatə dairəsi, xidməti davranışın hüquqi tənzimlənməsi, etik davranış qaydalarının növləri və onlara nəzarət olunmasının qaydaları, etik davranış üzrə müvəkkil, dövlət orqanının rəhbəri tərəfindən nəzarət və etik davranış qaydalarının pozulmasına görə məsuliyyət haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Dövlət Komitəsinin aparat və tabe qurumlarının əməkdaşları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunları ilə bağlı müntəzəm olaraq maarifləndirici diskusiyalar təşkil edilir.