21.11.2024, 16:57
AZ EN
14.01.2022, 15:22 216

Sumqayıtda məcburi köçkünlərə dəymiş zərərlə bağlı hökumətə müraciət ediləcək

XƏBƏRLƏR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən 4 saylı xəstəxana binasında baş vermiş yanğın nəticəsində yaşayış sahəsi tamamilə yanmış 17 məcburi köçkün ailəsinə dəymiş zərərin ödənilməsi ilə bağlı hökumətə müraciət edəcək.

Bu barədə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri həmin ünvanda yaşayış yerlərinə ziyan dəymiş məcburi köçkün ailələrini siyahıya alıb, onlara 300 manat məbləğində kirayə haqqı ödənilib. Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən hazırda yaşayış sahələrinin təmirinə başlanılıb, təmir başa çatdıqdan sonra ailələr əvvəlki yaşayış yerlərinə köçürüləcək.

Bu il yanvarın 7-də baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq. Qeyd edək ki, yanğın baş vermiş binada ümumilikdə, 22 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb”, - qeyd olunub.

Oxşar xəbərlər