“Vətən səsi” xəbər verir ki, tenderin qalibi “Azərtranss” MMC seçilib. Tenderin nəticələrinə əsasən, həmin şirkət təmir işlərinə 549 689 manat sərf edəcək.
Xatırladaq ki, sözügedən tender Qaradağ rayonunda salınmış məcburi köçkün qəsəbəsində daxili asfalt yolların təmir işlərini nəzərdə tutur.