Təqdim olunmalı sənədlər:
1. Şəxsiyyət vəsiqəsinin surətini;
2. Namizədin tərcümeyi-halını;
3. Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;
4. Mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər)
İctimai Şuraya üzvlüyə namizəd olan vətəndaş cəmiyyəti nümayəndələrinə dair tələblər (təşəbbüs qrupu namizədləri istisna olmaqla):
Təşəbbüs qrupu namizədi məcburi köçkünlər, Qarabağ müharibəsi iştirakçıları tərəfindən irəli sürülməlidir. Namizəd məcburi köçkün statusuna, müharibə iştirakçısı vəsiqəsinə sahib olmalıdır.
Sənədlər Dövlət Komitəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə (Bakı şəhəri, Tbilisi prospekti 129), yaxud beimxd@qachqinkom.gov.az elektron ünvanına göndərilməlidir.
Əlavə məlumatlar veriləcək.
Əlaqə: 012 530-82-37; beimxd@qachqinkom.gov.az