Sarvanlar kəndində, Qəfər kişinin həyətində olan Soybulaqda bir balıq varmış, balığın da burnunda qızıl. Camaat danışırmış ki, kənddə İsmayıl adlı (Bambo İsmayıl) bir kişi olub. Bu kişi balığı vurub, qızıl balığın burnundan düşüb. Kişi bunu götürüb aparıb evə, sonra mollaya aparıb, əhvalatı danışıb. Molla deyib ki, sənə böyük bədbəxtlik üz verəcək. Çox çəkmir ki, həmin nəsildən hamı qırılır, Məsmə adlı bircə qız qalır.
İsa MUSAYEV