21.05.2024, 11:27
AZ EN
16.01.2023, 13:20 283

Biz yerliyik, ermənilər gəlmədirlər

QƏRBİ AZƏRBAYCAN
  • Bu gün Qərbi azərbaycanlılar doğma torpaqlarına dönəcəkləri anı səbirsizliklə gözləyirlər. Zəngəzur mahalının Nüvədi kəndindən olan Balakişi Həsənov da, ahıl yaşında doğma torpaqlara qayıdacağı günə böyük ümid bəsləyir. Balakişi müəllim deyir ki, biz Qərbi azərbaycanlılar yerliyik, ermənilər bura gəlmədi. Bizim kəndimizdə 300 ailə yaşayırdı. Hamının yaxşı şəraiti, dolanışığı vardı. Əziyyətlə tikib-qurduğumuz evlər, sərvətlər hamısını düşmən ələ keçirdi. Hələ bizə vurulan yaraları, mənəvi əziyyətləri demirəm...

Biz o vaxt doğma Nüvədiyə ən yaxın yerə - Zəngilanın Vejnəli kəndinə gəldik. 1993-cü il Zəngilan işğal edilən günə qədər burada yaşadıq. Biz də zəngilanlılarla birgə Arazı keçib İrana, oradan da Azərbaycana gəldik.

“Hörmətli Prezidentimiz bu günlərdə Qərbi azərbaycanlılarla görüşdü. Onun böyük nitqini sona qədər dinlədim və bu mənə böyük güc, qürur verdi. Mən də inanıram ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, tezliklə öz doğma torpaqlarımıza, o gözəl yaylaqlara, bağlara dönəcəyik”.

B.Həsənov Qərbi Azərbaycan, Zəngəzurla bağlı olan kitabları gözbəbəyi kimi qoruyub bağrna basır. Deyir ki, bu kitablar həqiqəti əks etdirir. Özü də ermənilərin özləri vaxtilə bu siyahıları qələmə alıblar. Tarixi faktlar, haqq bizim tərəfimizdədir. Buna görə də, Azərbaycanın qarşısında nə qədər maneə olsa da, onların hamısını yarıb keçəcək və biz doğma yurdumuza qayıdacağıq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər