Erməni tarixini uyduranlar öz yalanları ilə bütün nəsilləri zəhərləyərək onları uydurma keçmişdə yaşayan zombbilərə çevirir. Şər və terror yuvası olan erməni Qiriqoryan kilsəsi artıq iki əsrdir ki, öz uydurma tarixini, məkrli planlarını Qafqazda , azərbaycanlıların min illər boyu yaşadıqları ərazilərdə həyata keçirir. İndiyədək müxtəlif ölkələrə sığınıb yaşayan ermənilər bir müddət sonra orda qədim və yerli xalq olmaqlarıyla bağlı əvvəl əfasanə, sonra tarix, sonra isə fəaliyət proqramı qurub ərazi iddialarına qalxıb silahlanlb, terrora əl atmışlar. Sonra o ərazilərdən qovulub. Başqa yerə köçməklə eyni planı işə salmışlar...
Verilişdə gənc erməni araşdırmaçı Ani Hakopyanın Ermənistanda azərbaycanlıların tarixi haqqında yazdığı məqaləsində obyektiv olmağa çalışmasına, 1441-ci ildə Üçkilsəyə sığınan, tədricən erməni millətçiliyi və şovinizminin mərkəzi olan Katolikosların uydurduğu, nağılçı tarixçilərin yalanları ilə deyil, gerçəyi çatdırmaq istəyinə yer verilir. Qeyd olunur ki, 1441-ci ildə, xaç yürüşlərinə dəstək vermiş erməni kilsəsi öz varlığını II Muraddan qorumaq üçün Qaraqoyunlu dövlətinin hakiminin – Cahan şahın qanadının altına sığınır. Erməni kilsə mərkəzinin Qafqaza köçürmək üçün bütün imkanlardan istifadə edərək (1436-1467) Cahan şahdan icazə almağa müyəssər olur.Gənc araşdırmaçı azərbaycanlılara qarşı Ermənistanda törədilənləri qələmə alsa da, saxta erməni tarixçilərinin qurbanı kimi uydurma tarixi də təqdim edir, XIX əsrdən başlayan erməni millətçiliyi praktik fəaliyyəti ilə Qərbi Azərbaycanda oğuz türklərinin sayının azalmasını, tarixi gerçəkliyi səmimiyyəti ilə etiraf edir: “Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində çox sayda azərbaycanlı yaşayırdı. Qarabağ müharibəsindən sonra yaranmış gərgin Ermənistan-Azərbaycan vəziyyəti nəticəsində azərbaycanlı icması Ermənistan ərazisini tərk edib. XIX əsrin əvvəllərində azərbaycanlılar və tatarlar Ermənistan əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdilər. XX əsrdə Ermənistanda tarix boyu yaşayan azərbaycanlılar ayrı-seçkiliyə məruz qalmağa başladı”.
Verilişdə diqqətə çatdırılır ki, bu, ifadələr əslində yalan dastanlar danışan tarix müəllimlərinə və tarixçilərə bir erməni qızının vurduğu solaxay şillədir.
Daha sonra vurğulanır ki, erməni xəstəliyindən, faşist ideologiyadan qurtulmaq yolu ilə yalnız Ani Hakopyan kimi gənclər insan kimi yaşaya bilərlər”.
Xatırladaq ki, "Qərbi Azərbaycan Xronikası" layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, "Qərbi Azərbaycan İcması"nın hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan başqa, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ