21.11.2024, 19:37
AZ EN
30.01.2023, 13:38 319

Qərbi Azərbaycan İcması erməniləri vahiməyə salıb

QƏRBİ AZƏRBAYCAN

Düşmən ölkənin mətbuat orqanlarında son vaxtlar geniş yer ayrılan mövzulardan biri də Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazası əsasında yaradılmış Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlıdır.Müzəffər Ali  Baş Komandan, Prezident İlham Əliyevin ötən il dekabrın 24-də öz mübarək ad günündə həmin İcmanın yeni və hər cür şəraitə malik binasının açılışında şəxsən iştirak etdikdən sonra sözügedən bölgədən olan bir qrup millət vəkilləri və ziyalılarla görüşündəki dərin məzmunlu, siyasi proqram məntiqli çıxışı ermənilər tərəfindən sözün həqiqi mənasında növbəti qorxu sindromları ilə qarşılanmışdır. Ayrı- ayrı politoloqlar, xüsusilə Azərbaycanşünaslar bununla bağlı müxtəlif fikirlər səsləndirməklə ictimaiyyətin diqqətini, politoloq Stepan Qriqoryanın dediyi kimi, Zəngəzur bölgəsinin türkləşməyə məruz qalacağı həqiqətinə alışdırmağa cəhd edirlər.

İcmada keçirilən tədbirləri daim izləyən və buna düşmən münasibəti sərgiləyən ermənilər İcmanın sədri, millət vəkili, tanınmış alim, Qərbi Azərbaycan barədə sanballı kitablar müəllifi Əziz Ələkbərlinin yanvarın 23-də qardaş Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağcı ilə İcmada görüşünü də böyük düşmənçilik meyarı ilə dəyərləndirdiklərini gizlədə bilmirlər. Belə ki, yanvarın 28-də müxtəlif agentliklərdə, o cümlədən, dövlətə məxsus "Armenpress" də həmin görüş və görüşdən sonra sədr Ə.Ələkbərlinin Azərtaca müsabiqəsi barədə "Türkiyə Ermənistanın Qərbi Azərbaycan olmasının ilhamvericisidir" başlıqlı geniş məqalə dərc olunub. Türkiyə səfirinin İcmanın fəaliyyətinə uğurlar arzulamaqla soydaşlarımıza öz ata-baba yurdlarına qaytarılması üçün hər cür dəstək verməyə hazır olduqlarını bildirməsi və s. qardaşlıq münasibətləri ermənilərin, belə demək olarsa, kürkünə birə salıb. Millət vəkili Ə.Ələkbərlinin İcmaya ilk təşrif buyuran səfirin qardaş Türkiyə səfirinin olması barədə açıqlaması isə politoloq Stepan Qriqoryanla İranşünas Vartan Voskanyanın təkcə tarixi həqiqətlərdən deyil, həm də sadə insani obyektivlik duyğularından xəbərsiz olduqlarını bir daha üzə çıxarıb. Hər bir çıxışında farsla haylar  arasında təkcə dostluq deyil, minilliklərdən gələn qardaşlıq ənənələri olduğunu  vurğulayan Vartan  Voskanyan İcma rəhbərinin sözügedən müsabiqəsi ilə bağlı təlxəksayağı onu da deyib ki, Pakistan və İsrail səfirlərinin də İcmaya gəlişi gündəmdədir.Yeri gəlmişkən xatırladaq ki, Qərbi Azərbaycan torpaqlarında erməni toplumunun yaratdığı mariner dövlətin  Pakistan tərəfindən hələ də tanınmaması hayların bu dost ölkəyə qarşı da daim düşmən mövqe sərgiləməsinə bəhanə olub.

İrandakı səfirliyimizə qarşı terror edilməsi ilə bağlı hayların fikirlərini oxuduqca isə bir daha bu həqiqət tam aydın görünür ki, ermənilər sağlam düşüncə qabiliyyətindən məhz doğulmamış məhrum olurlar və "Hraparak"ın baş redaktoru Armine Ohanyan dediyi kimi, tarixən qarataleli olurlar. Onların Qərbi Azərbaycan İcmasından daha çox qorxmalarının səbəbi isə məhz genlərindəki  qorxaqlığı heç vaxt ata bilməyəcəkləri, cənab İlham Əliyevin dediyi sözü həmişə keyfiyyətlə yerinə yetirməsi və qaçqın soydaşlarımızın nəyə qadir olduqlarını yaxşı bilmələridir. Məhz bu amillər sayəsində ata - babalarımızın qanıyla Vətənləşən yurdlarımıza qayıdacağıq. Axı, bizim üçün  Öncə Vətəndir. Bu yoldakı qəzan mübarək,Türk oğlu!

Nəsib QARAMANLI

Oxşar xəbərlər