Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə (Sisian) rayonunun Dərəbas kəndində yerləşən Arzuman körpüsü orta əsrlərə aid birtağlı daş körpüdür. Tədqiqatçı-alim, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edir ki, Dərəbaş kəndi qədimdən Türk-Oğuz boylarının yurdu olmuşdur. Yazılı mənbələrdə adı 844-cü ildən çəkilən, ətrafı qədim qəbir və abidələrlə zəngin olan Dərəbaş (Dərə başı) kəndinin adı və Arzuman körpüsünün adı türkcədir. Bu kəndə ilk ermənilər XIX əsrin əvvəllərində İran və Türkiyədən köçürülüb gətirilmişdir.
İsa Musayev