22.11.2024, 03:37
AZ EN
24.06.2023, 17:34 262

Qərbi Azərbaycan abidələri, Saqakat kilsəsi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Üçkilsə (Eçmiədzin) rayonu ərazisində yerləşən Saqakat kilsəsi ərmən - türk xristian məbədidir. Məbədin Saqakat (Saq+ak // ağ+at, yəni Ağ saqalar) adı onun, Qərbi Azərbaycanın ən qədim sakinlərindən olan və Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış saklara məxsus olduğunu birmənalı olaraq sübut edir. Məbədin ətrafında tarix boyu türk tayfaları yaşamış, bu ərazilərə ermənilər XV əsrin ortalarında gəlmişlər. Bugünkü Saqakat məbədi VI-VII əsrlərdə inşa edilmiş məbədin bərpa edilmiş hissəsidir. Tədqiqatçıların fikrincə bu məbəd daha qədim binanın özülləri üzərində inşa edilmişdir. Məbədin özülündə IV-V əsrlər bölgə memarlığı üçün xarakterik olan dayaq sistemi istifadə edilmişdir. Burada kiçik şapelə doğru yol göstərən iki portal biri cənub, digəri isə qərb divarında çox uğurlu yerləşdirilmişdir.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR