Xorvirab monastırı Qərbi Azərbaycanın Vedibasar mahalının aran hissəsində, Araz çayı sahilində, qədim Artaşad şəhərinin xarabalıqları yerində, qaya üstündə inşa edilmişdir. Məbədin tarixiylə bağlı bir əhvalat da məlumdur. Tədqiqatçılar qeyd edirlər ki, Maarifçi Qriqori Ermənistanda xristianlığı yaymaq istəyərkən erməni çarı II Trdat tərəfindən uzağa sürgün olunmuş və bu monastırın ərazisində 13 il quyuda saxlanmışdır. Sasani hökmdarı II Şapurun hakimiyyəti dövründə Artaşad şəhəri tamamilə dağıdılmışdır. Müqəddəs Qriqorinin quyuya salındığı həmin yerdə VI əsrdə məbəd inşa edilmişdir. Bu yer ətraf camaatın ziyarətgahına çevrilmişdir. Sonrakı yüzillərdə məbədə yeni tikililər əlavə edilmişdir.
İsa Musayev