25.06.2025, 17:27
AZ EN
29.05.2023, 20:30 316

Etibar Əliyev: “Prezident cənab İlham Əliyevin yürütdüyü xarici siyasət, bizim bütövlüyümüzə xidmət edir”

QƏRBİ AZƏRBAYCAN
  • Qeyd edək ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların  ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, amma adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri-qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazilərin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Eyni zamanda Prezident İlham Əliyevin Qərbi  Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz  yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”,- fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Aərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayələrini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası verilişinin növbəti qonağı Milli Məclisin deputatı Etibar Əliyevdir. O, müsahibəsində bildirib ki, 100 illlər boyu insanlar öz doğma torpaqlarından, dədə-babalarının ruhunun yaşadığı bir  yerdən məcburi şəkildə köçürülüblər. Nəsillər arası əlaqələr qırılır və nəticə etibarilə bunun  özü düşünürəm ki, elə  genosid kimi bir məsələdir. Qərbi Azərbaycan türklərinin XX əsrdə yaşadığı deportasiyalardan, ermənilərin azərbaycanlılara qarşı məkrli xain planlarından söhbət açaraq bildirib ki, Qərbi Azərbaycanın qardaş Türkiyə ilə sərhədindəki Vedi rayonunun Şirazlı kəndində doğulub boya-başa çatıb. O, sonra qeyd edib ki, indiki Ermənistanda vaxtilə yaşayan oğuz türklərinə qarşı daim təhdidlər olub, ermənilər əllərinə imkan düşdükcə onları qətlə yetirib: “SSRİ dövründə Ermənistan rəhbərliyi orada yaşayan azərbaycanlıların təhsil almasına, uğur qazanmasına, müəyyən vəzifələrə təyinat almasına çox qısqanclıqla yanaşıb.

E.Əliyev bildirib ki, ermənilər insan faktoruna dəyər verməyən bir millətdir: ”Kənd təsərrüfatı ilə, maldarlıqla, əkin-biçinlə, meyvə-tərəvəzlə, üzümçülüklə biz azərbaycanlılar məşğul olurdu. Yəni bir anın içərisində şovinistlərin  və ekstremistlərin çağırışı ilə bizi qısa zaman kəsiyində qovdular çıxartdılar.

Millət vəkili daha sonra bildirib ki, hazırda Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycan xalqının bütövlüyünə xidmət edir: “Bu təşkilata çox yaxşı bir ofisin verilməsi, cənab Prezidentin 24 dekabr 2022-ci ildə gələrək orda mükəmməl, tarixi-elmi çıxış etməsi, əlbəttə ki, bizi çox ruhlandırır. Şaxələnmiş bir struktura malikdir Qərbi Azərbayacana Qayıdış Təşkilatı. İclasların birində qeyd etdim ki, Azərbaycan həqiqətlərini, Azərbaycan həqiqətlərindən yazan müəllifləri bu işə cəlb etmək lazımdır. Qərbi Azərbaycan vikipediyası yaradılmalıdır. Bir neçə dildə internet resursları güclənməlidir. Hətta onların dili də daxil olmaqla. Biz haqlıyıq. Bu siyasət də çox dəqiq ölçülüb-biçilmiş bir siyasətdir. Düşünürəm ki, bu istiqamətdə bizim uğurlarımız olacaq.  Qərbi Azərbaycan İcması təkcə Qərbi azərbaycanlıların  İcması olmamalıdır. Bu, bütün Azərbaycan xalqının icması olmalıdır. Yəni burda heç kim yaxasını kənara çəkə bilməz.  Bizim torpaqlarımız ermənilər tərəfindən işğal olunanda, bu problem hamımızın problemi idi.  Hamımız istəyirdik ki, öz torpaqlarımız işğaldan azad olunsun. Düşünürəm ki, cənab Prezidentimizin yürütdüyü dəsti-xətt bizim bütövlüyümüzə xidmət edir. Bizim birgə çalışmamamıza xidmət edir.  Bu hamımızın problemidir.  Hamımız bu problemlə məşğul olmalıyıq.  Hüququ bilən hüquq sahəsində, tarixi bilən tarix sahəsində, iqtisadiyyatı bilən iqtisadiyyat sahəsində,  ədəbiyyatı bilən ədəbiyyat sahəsində, sosiologiyanı bilən sosiologiya sahəsində, hamımız birgə çalışmalıyıq.  Bu böyük, gözəl ideyanın  fizikası üçün, hərəkəti üçün  hər birimiz əlimizdən gələni  əsirgəməməliyik. Bu istiqamətdə çalışan bütün şəxslərə uğurlar arzulayıram”, - deyə millət vəkili fikrini tamamlayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər